Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
KONKRET.az xəbər verir ki,bu haqda məlumatı bir müddət əvvəl internet provayderləri öz saytlarında yayıb.
Tariflər necə müəyyən olunacaq? Xidmət səviyyəsi tariflərə uyğun olacaqmı?
Vətəndaşları maraqlandıran bu suallara cavab tapmaq üçün “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-yə müraciət etdik.
Qurumun Mətbuat Xidmətindən Referans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC əhalinin yüksəksürətli internetə olan tələbatının artmasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə 15 avqust 2024-cü il tarixindən etibarən müvafiq dəyişikliklər həyata keçirəcək.
“Yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və maksimum sürət 250 Mbit/s təşkil edəcək. Hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endiriləcək.
Qeyd edək ki, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və rəqəmsal imkanlara çıxışın təmin edilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulmasında GPON (Gigabit Passive Optical Network/ Giqabit Passiv Optik Şəbəkə) və digər texnologiyaların tətbiqi həyata keçirilir”.
Məlumatda qeyd olunub ki, GPON fiber-optik xətlər vasitəsilə genişzolaqlı kommunikasiya texnologiyasıdır. Əsas məqsədi ev, mənzil və biznes subyektlərini yüksəksürətli internet bağlantısı ilə təmin etməkdir.
“GPON fərqli xidmətlərin (internet, telefon, televiziya və s.) eyni fiber-optik xətt üzərindən ötürülməsinə imkan verən bir sistemdir. GPON texnologiyası 2,5 Gbit/s endirmə (download) və 1,25 Gbit/s yükləmə (upload) sürətini dəstəkləyir.
Bu, internetdən çoxlu sayda məlumatların sürətli şəkildə ötürülməsinə imkan verir, fiber-optik xəttin effektiv istifadəsini təmin edir və bu səbəbdən daha çox istifadəçiyə xidmət göstərə bilir. Bu texnologiya optik xətlərin 10-12 km-dək olan məsafələrdə istifadə edilməsinə imkan yaradır, geniş ərazilərdə xidmət göstərməyi asanlaşdırır və müxtəlif xidmətlərin (internet, IPTV, VoIP və s.) eyni zamanda ötürülməsi zamanı xidmət keyfiyyətinin təmin edilməsini dəstəkləyir.
Əlavə məlumat üçün bildirək ki, qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək”.
Vətəndaşlara tariflərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Aztelekom” MMC üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, “Bakı Telefon Rabitəsi” MMC üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə keçid etmək məsləhət görülür.
İnternet bahalaşsa hamı imtina etsin, boykot edək.
Biz edəcəyik amma hamı etməyəcək🤦🏻♀️🤦🏻♀️
Gərək 500manat etsinlər. Çox azdır 25 manat. Onsuz da bambılı sayırlar xalqı, mən də daxil.
Şikayətçi varki bəyəm sürətdən,şəraiti yaxşı edirsiz qiyməti 40%qaldırıb, onsuzda hərşeyi qaldıra qedirsiz
Xalqı düşünmək lazımdır.Axı işsizlərin sayı daha çoxdur iş yerləri açan yoxdur.Bahalaşmanın qarşısı alınmalıdır
Nə yaxşı ki ölüm var bu dünyada və ən əsası gedəndə heç kim özüynən hələ heçnə aparmayıb və aprmazda bundan sonra Yaradanın qanunu hec vaxt dəyişmir.qoy eləsinlər..kim aparacaq özu ilə.
Büdcəni doldurmaq lazımdır.
Başqa yol yoxdur. Hamı vatsapla danışır
Belə olmaz
Bu bir birinden ayrılmış, millet olmaqdan çıxmış heç kimin bir-birinə inanmadığı, yalanlar ölkesi Azərbaycan bura bizə bunlar azdı helə nələr görecek yazıq usaqlar
Rayon və kənd əhalisini götürsək, 25 manat çox bahadır kəndli üçün. Birdə ki, 100 mbit kəndlinin nəyinə lazımdır, əgər indiki sürət onu qane edirsə.
Hələ Bakıya da bağadır. Elə bilirlər ki millətin pulu tökülür.
Şəxsən bir kəndli olaraq 13 manatdığ internet məni qane etmir bu əladı kim bəyənmir mbya keçsin olar bundan betər od qiymətinədi
Əgər bizimlə 18 manat məbləğlə muqavile bağlanibsa nəyə görə əhali kasib təbəqəni məhv etmək istəyirlət.Bunlar xalqı yox öz dərin düşünürlər.Gəlin etirazimizi bildirəyin.Azərbaycan xalqimi məhv etmək kor etmək olmaz.
Məqsəd internetin sürətini artırmaq deyil, xalqı soymaqdı
Əladı canımız qurtardı bərbad internet sürətindən🤝🏻
Elə o dəqiqə canıvuz qutaracaq gözləyin 18 manat veririk ayın yarısı ya internet itir ya da çox zəif olur Azərbaycanda normal internet var ki
Ozunuze laiq…
Seçim haqqı abonentlərin əvəzindən edilir. Köhnə qiyməti saxlasın, yeni sürətli interneti də 25 manata satsın. İstəyən yeni qiymətnən ya da köhnə qiymət ilə alsın.
Ayın 15den rəsmi açıqlama verirler bahalaşacaq,City net ayın 2den artıq 25manatdan ödənişi tələb etdi odedim çarəsiz.Deyir özəl şirkətik bizde beledi ancaq sürət hemen sürerdi,heç bir dəyişiklik yoxdur.Sureti behane edib qiymət artımı edirler .
Qəsdən camaatın cibinə girirlər.
Rəqabət üçün aşağı tariflər də olmalıdır.
100Mbit artıq şeydi sadə bir ailə üçün.
Məqsəd pul yığmaqdı camaatdan
Normal internet gozel idi mence artıq xercdi hec kim razı deyil buna baxmayaraq qaldirirlar
İnternet sürətinə artırmaq istəyən ayrı paketə qoşulsun biz öz intermetimiz ilə davam edəkda 15 manatdan 25ə qaldırmağınız həqiqətən söz tapmaq olmur
Tamamilə düz deyirsiniz
Boynu enliler muqavile baglanibda .pulu geciktirsek cermeliyirsiz hetda qoy sabit qiymetde qalsinda ideal olmayan internetiniz.Azerbaycan xalqini az soyunda
Nə qədər pul xərcləyib internet çəkiblər camaatın evinə. Gərək onun əvəzini 5 qat qazansınlar ya yox. 20 də yox 25 m adam deməyə söz tapmır
Men 18 manat ödeyrem pilekene heyete dusmek isdeyen kimi internet tutmur neyine 25 verecem 25 olan kjmi legv edecem interneti
Hörmətli Aztelekom,bizə 13 AZN i tapa bilmirdik,25 AZN i hardan tapaq? İki qat internet haqqı artırmaq olar? Belə soyğunçuluq olmaz!!! HAMI NARAZILIĞINI BİLDİRSİN, ÖDƏNİŞ ETMƏSİN HEÇKİM.
Guya qiymət qalxıb,keyfiyyət də qalxıb?
bizə hələ buda azdı qalmışıq bir neçə dılğırın əlində kim nə istəyir onuda edir qalxızun hər şeyin qiymətin .yerdə yer azdı deyib,qoydu ayaq başımıza
yerə girsəkdə dözüb başda ayaq gəzdiririk . Baba Pünhan.
O qeder tiktokda qazandiqlari pullari dediler . Hamsi ondandi. Dedilər gəlir yeri tiktokdu qoy qiymeti artiraq vergi ala bilmirik belə alaq
Платили 10 ТВ и 18интернет=28м. Теперь если еще и ТВ не подымут, с бюджета будет уходить 35ман🤦♀️За их повышениями не угнаться с нашей мизерной зарплатой. Придётся от ТВ отказаться😒
Surəti qaldırmağ uchun 4 Gden 5Gye kechid edəcəklər bu da xəstəlikdir başdan ayağa! Bəsdirin xalqı əsəbi və onkoloji etdiniz. Təbiətə qarshi getmək olmaz. Təbiiliyi saxlamag laizndir. Birdkei maashalri artırın indeksikasiyani edin bu nədir illərdir bahalshma gedir amma maash qalxmır. Millət pis durumdadır. Xəstəlik Bash alıb gedir. Pensiyaları qaldırın ən azı min manat olsun pensiya. Pensionerler xaricə gəzməyə müalicəyə gedə bilsinlər acından ölməsinler. Xalqın rifahını qaldırmağ lazımdır interneti qaldırmağ və bahalashdirmag lazim deyil.
Mənim üçün də çoxdu mənim haqqımı vermirlər mən necə internetin pulunu verəcəm heç bir yer də işləmirəm
Məndə razı deyiləm bahadir
Salam.Bu ne soyğunçuluqdu axı.Siz bu milleti beləmi aldadıb soyursuz?Bu fikri kim irəli sürüb axı?bu nə başsizliqdi baş alıb gedir?Bir maraqlanin bu əhali necə dolanır ondan sonra bu qanun qaydaları irəli sürün.Bir müqavilə imzaladırsiz internet çəkirsiz rayona,kəndə.Hec demə bununda arxasında da öz mənafeyinizi düşünürsuz.Ayibdir vallah utanın
Cindirlar oyun cixarireee kul basiniza
Milletimiz ac qala biler internetsiz əsla, bilirler ki camaat berecey pulu qalxsada.
Sosiyal almaga gelende aileni ele arasdirirlarki ama interneti mecbur ediblerki adam 3ay evde olmasa mutleq odemelidi.adunida qoyublar pulsuz cekilir.1il.deyil internet cekdiyimiz.od qiymeti mademler hecne oldu..hele cekme haqqi nömrə haqqi şunurlari saymiram.
Dunen avqustun 15 idi. Hemiseki kimi 21 manat odedim. Odemirem 25. Heyete dusen kimi internet yox olur. Neyime lazim.
Camahti ne hala
Qoyurlar.xesdexana isdifade ediler internet qder bir evde isdifade edilmir axi.insalara secim haqqi qoyulmaldir.bu dövletnen marağlanan yoxdur..