Anar Quliyev: “Azərbaycanda 9 şəhərin baş planının razılaşdırılması başa çatır”backend

Anar Quliyev: "Azərbaycanda 9 şəhərin baş planının razılaşdırılması başa çatır"

Azərbaycanda 16 şəhərin baş planı üzərində iş gedir.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

“Son 6 ildə şəhərlərin 26 baş planı hazırlanıb və təsdiq olunub. Hazırda bütün ölkə üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə 16 baş plan üzərində iş gedir. Onlardan 9-u son mərhələdədir, yəni müvafiq qurumlarla razılaşdırma işi başa çatır. Ondan sonra həmin baş planlar Nazirlər Kabinetinə təsdiq üçün təqdim ediləcək. İsmayıllı şəhərinin baş planı da onlardan biridir və yekun mərhələdədir”, – A. Quliyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*