Anar Quliyev Şirvanda vətəndaşları qəbul etdi – FOTObackend

Anar Quliyev Şirvanda vətəndaşları qəbul etdi - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyulun 4-də vətəndaş qəbulu çərçivəsində Şirvan şəhərinə səfər edib.

KONKRET.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Şirvan şəhəri, Biləsuvar, Neftçala, Naftalan, Hacıqabul rayon sakinlərini qəbul edən Anar Quliyev vətəndaşların tikintiyə icazə və torpaq münasibətləri ilə bağlı suallarını cavablandırıb, şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi və Komitə tərəfindən yaradılan elektron icazə sisteminin üstünlükləri barədə ətraflı məlumat verib.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*