Anar Quliyevdən müasir Füzulini canlandıran yeni paylaşım – VİDEObackend

Anar Quliyevdən müasir Füzulini canlandıran yeni paylaşım - VİDEO

Füzulinin işğaldan azad olunması ilə tarixə düşən 17 oktyabr ölkəmizdə Füzuli Şəhəri Günü kimi qeyd olunur.

Ali Baş Komandanın əbədiləşdirdiyi bu tarix keçmişlə gələcək arasında sanki bir körpü salır. Elə bir körpü ki, qəhrəman və tərəqqipərvər xalqımızı daha sıx tellərlə bir-birinə bağlayır, işıqlı gələcəyə böyük ümid yaradır.

Bu gün Füzulidə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, sakinlərin əzəli yurd yerlərinə mərhələli köçü bu inamın ilk işartıları kimi hər birimizə sonsuz fərəh hissi bəxş edir.

KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu tarixi günlə əlaqədar paylaşdığı videoçarxla diqqət çəkib. Videoda müasir Füzulinin quruculuğundan bəhs edən kadrlar yer alıb.

“Böyük Qayıdış”ın böyük hədəflərinə uyğun olaraq Füzuli də sürətlə dirçəlir, inkişaf edir. Əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə qabaqcıl şəhərsalma standartlarına uyğun yaşayış məhəllələri tikilir, yeni yol-nəqliyyat infrastrukturu qurulur, təhsil, səhiyyə ocaqları, mədəniyyət mərkəzləri, idman-əyləncə kompleksləri, park və istirahət zonaları salınır. Bir sözlə, şəhər yenidən canlanır, doğma sakinlərinə daha möhtəşəm bir görkəmdə qucaq açır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi, “Füzulinin yeni siması göz oxşayır… İndi isə o qalıb ki, insanlar burada rahat yaşasınlar…”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi də öz növbəsində bu gözəl arzuya qoşularaq, bütün Füzuli sakinlərini əlamətdar gün münasibətilə təbrik edir!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*