Anasının meyitini 5 il öz evində gizlətdi, pensiyasını aldı – Yaponiyada ŞOK HADİSƏbackend

Anasının meyitini 5 il öz evində gizlətdi, pensiyasını aldı - Yaponiyada ŞOK HADİSƏ

Yaponiyada polis ölmüş anasının cəsədini 5 il evdə saxlayan 60 yaşlı kişini həbs edib. Həbs olunan şəxs ifadəsində bildirib ki, “Bir gün anam yeməyi dayandırdı və sonra öldü. Cəsədi ikinci mərtəbədəki yataq otağına qoydum”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Yaponiyanın Osaka şəhərində baş verib. Polis İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada adlı kişinin ölən anasının cəsədini təxminən 5 il evdə gizlətdiyini üzə çıxarıb.

Polis hadisə ilə bağlı təfərrüatlı araşdırmaya başlayıb. Müəyyən edilib ki, həmin şəxs bu illər ərzində anasının pensiyasını alıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*