Rusiyalı aktrisa Anastasiya Zavorotnyuk 53 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bir neçə il əvvəl aktrisaya beyin şişi xərçəng diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, 1993-cü ildə Moskva İncəsənət Teatr Məktəbini bitirən Zavorotnyuk Oleq Tabakovun rəhbərliyi altında studiya teatrında işləyib və on ildən çox teatrda 29 tamaşada oynayıb. 2019-cu il avqustun ortalarından teatr tamaşalarında iştirakını dayandırıb. Daha sonra mediada aktrisanın müalicə alması ilə bağlı məlumatlar yayılıb. 2020-ci ilin may ayında Zavorotnyukun beyin şişi diaqnozu qoyulduğu məlum olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az