Məşhur italyan futbol mütəxəssisi Karlo Ançelotti rəsmən Braziliya milli komandasının baş məşqçisi təyin olunub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti yayıb. Bildirilib ki, Ançelotti 2026-cı ildə keçiriləcək dünya çempionatının sonunadək “seleçao”ya rəhbərlik edəcək.
Hazırda Ançelotti İspaniyanın “Real Madrid” klubunu çalışdırır. O, Braziliya yığmasında işləməyə klubdakı müqaviləsi başa çatdıqdan sonra başlayacaq.
Qeyd edək ki, bu təyinatla Ançelotti ilk dəfə milli komandanın sükanı arxasına keçəcək. O, həmçinin Çempionlar Liqasını ən çox qazanan baş məşqçi kimi tarixə düşüb.
Natiq Səlim,
KONKRET.az