“Türkiyənin hazırkı prezidenti Ərdoğanın seçkilərdə qalib gəlməsi Türkiyənin bölgədə əl-qolunu tamamilə açacaq ki, bu da Ermənistan üçün də çox təhlükəlidir”.
KONKRET.az xəbər verir ki, bunu müsahibəsində türkoloq Andranik İspiryan deyib.
O əlavə edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə Ərdoğan Ermənistandan maksimum güzəşt almağa çalışacaq.
“Türkiyənin Nemesis abidəsinin ucaldılmasından sonra atdığı addımlar Ermənistan hakimiyyətinə Türkiyənin hələ də Ermənistanı dost ölkə hesab etməkdən uzaq olduğuna dair mühüm siqnaldır”, – deyə ekspert qeyd edib.
O, Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün atacaqları addımlar barədə diqqətlə düşünməyə çağırıb, əks halda nəticələr dönməz xarakter alacaq.
İspiryan Azərbaycan prezidenti İlham Əliyevin də Türkiyə faktorundan istifadə edərək Ermənistana təzyiqləri artırmağa çalışacağına əminliyini bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az