Ankarada güclü tufan divanı belə uçurdu – VİDEObackend

Ankarada güclü tufan divanı belə uçurdu - VİDEO

Türkiyənin Ankara şəhərində günorta saatlarında qeydə alınan güclü külək və yağış bir sıra fəsadlar törədib.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, saatda 45 kilometrə çatan külək nəticəsində  ağaclar aşıb, evlərin dam örtüyü uçub.

Fırtınanın təsiri ilə yaşayış yerindən düşən divanın başqa binaya dəydiyi anlar vətəndaşın mobil telefonunun kamerasında əks olunub.

Etimesqut rayonunda küləyin təsirindən ticarət mərkəzinin damı tamamilə uçub. Rayonun mərkəzi məscidinin minarəsi dağılıb.

Qeyd edək ki, Meteorologiya Baş İdarəsi leysan yağışları və tufanla bağlı bütün bölgəyə sarı kodlu xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*