Ankaradan 2 ölkəyə müharibə xəbərdarlığı – Azərbaycan da dəstək verəcək?backend

Ankaradan 2 ölkəyə müharibə xəbərdarlığı - Azərbaycan da dəstək verəcək?

PKK-nın özünüləğv qərarından sonra gözlər terror təşkilatının tərk-silah prosesinə çevrilib. Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) prosesi hər an izləyəcək. Ankaranın planı da hazırdır. Dörd ay ərzində nəticənin əldə edilə biləcəyi də bildirilir.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə NTV mənbələrə istinadən məlumat yayıb.

Mənbələr “Terrorsuz Türkiyə” hədəfinə zərər verəcək addımların atılmaması ilə bağlı İsrail və İrana xəbərdarlıq edildiyini də vurğulayıblar:

“Bölgədə kürdləri proksi qüvvə halına gətirməyə çalışırlar. Ankaranın da bu məsələdə mövqeyi bəllidir. Qarşı tərəflərə (İsrail və İran – red.) çatdırılıb ki, kürdlər proksi qüvvə kimi sərhədimizə gətirilərsə, bu, müharibə aktı kimi qiymətləndiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*