Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İtaliyaya səfəri zamanı xərclənən vəsaitlə bağlı məlumatlar mediadan ciddi şəkildə gizli saxlanılır. Üstəlik, “Mənim addımım” Fondu xərclənən vəsaitlər və onların mənbələri ilə bağlı suallarımıza kinayəli cavab verib.
KONKRET.az xəbər verir ki, bu barədə Panorama.am yazıb.
“Ən kobud hesablamalara görə, Paşinyanın həyat yoldaşının təxminən bir həftə davam edən səfəri və şıltaqlığı bir neçə milyon drama başa gəlib və hamısı vergi ödəyicilərinin hesabına. Dərc edilmiş videomateriallara görə, Anna Akopyanı azı üç Təhlükəsizlik Xidmətinin əməkdaşı müşayiət edib, onun yanında şəxsi bərbəri və qızı da olub.
Belə ki, noyabrın 26-da Panorama.am elektron poçt vasitəsilə hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryana məlumat üçün yazılı sorğu göndərib.
Gözlənildiyi kimi, mediamızın jurnalisti sorğuda “İnformasiya azadlığı haqqında” qanuna istinad edərək qanunla müəyyən edilmiş müddətdə və qaydada aşağıdakı suallara cavab verməsini xahiş edib:
“Noyabrın 18-də məlum oldu ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan həyat yoldaşı və qızı ilə birlikdə Müqəddəs Taxt-taca gedib. Hökumət başçısı Ermənistana qayıtdıqdan sonra Anna Akopyan daha bir neçə gün İtaliyada qaldı. Bu müddət ərzində baş nazirinin həyat yoldaşı və qızını nə qədər Təhlükəsizlik Xidmətinin əməkdaşı müşayiət edib?
-Baş nazirin xanımının İtaliya səfərinə nə qədər pul xərclənib?
-Xərclər hansı mənbələrdən həyata keçirilib? Zəhmət olmasa, ayrıca qeyd edin ki, dövlət büdcəsindən nə qədər vəsait ayrılıb?
– Baş nazirin həyat yoldaşının İtaliyaya səfəri Ermənistan üçün hansı mühüm, nəzərəçarpacaq nəticələr verdi?
Sorğumuza cavab olaraq Xaçatryan bizə elektron poçtla belə cavab verdi:
“26 noyabr 2024-cü il tarixli məktuba cavab olaraq bildiririk ki, sorğunuzu “Mənim addımım” Fonduna göndərə bilərsiniz”, – Panorama.am qeyd edir.
Natiq Səlim,
KONKRET.az