Anna Akopyanın 4 milyon dram dəyərində qızılları OĞURLANDIbackend

Anna Akopyanın 4 milyon dram dəyərində qızılları OĞURLANDI

Nikol Paşinyan və Anna Akopyana məxsus 4 milyon dram (təxm. 18000 AZN – red.) dəyərində müxtəlif növ qızıl-zinət əşyaları oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet yazır: “Ermənistan Milli Təhlükəsizlik Xidməti Nikol Paşinyan və Anna Akopyana məxsus təxminən 4 milyon dram dəyərində müxtəlif növ qızıl-zinət əşyalarının müsadirəsi ilə bağlı cinayət işində ibtidai istintaqın başa çatdığını elan edib.

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 4 milyonluq müxtəlif növ qızıl-zinət əşyalarını hələ də tapa bilməyiblər.

Məsələ burasındadır ki, 2020-ci il noyabrın 10-da Ermənistan Baş nazirinə həvalə edilmiş iqamətgaha daxil olan şəxs qızıl sikkələri oğurlayıb lombarda girov qoyub. O, girov öhdəliklərini vaxtında yerinə yetirməyib, lombard qızılları satıb.

Daha sonra Milli Təhlükəsizlik Xidməti onu lombarddan alan vətəndaşı tapıb. O, aldığı qızılı yenidən satdığını etiraf etdiyindən hüquq-mühafizə orqanlarının əməkdaşları qızıl-zinət əşyalarını Baş nazirin ailəsinə qaytara bilməyib.

Üç ildən sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti 2020-ci il noyabrın 10-da Ermənistan hökumətinin, parlamentin binalarında və digər ictimai obyektlərdə, ictimai yerlərdə zorakılıq halları ilə bağlı yeni vəziyyət elan edib.

İlkin araşdırma zamanı məlum olub ki, Tiqran adlı erməni 2020-ci il noyabrın 10-da saat 03:00 radələrində İrəvanın Dzorap küçəsi 74 ünvanında yerləşən Ermənistan hökumətinin iqamətgahına gedib və orada toplaşan kütləvi iğtişaşların iştirakçılarına qoşulub.

Sonra Tiqran Baş nazirin adına ayrılmış fərdi evə gedib, şəxsi mənzilə daxil olub. Bundan sonra bir neçə nəfər ilə fərdi evin 2-ci mərtəbəsindəki yataq otağına daxil olub və açıq şəkildə quldurluq edib.

Baş nazirin həyat yoldaşı Anna Akopyanın zərgərlik qutusunda aşkar edilmiş qızıl saat, zəncir, kulon və bilərzik də daxil olmaqla, 3.920.000 dram dəyərində müxtəlif növ qızıl-zinət əşyaları quldurluq yolu ilə ələ keçirilib. Tiqran saxlanılsa da, Anna Akopyanın zinət əşyaları hələ tapılmayıb”.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*