Hələ Misir Piramidalarının sirri açılmamış ilə bağlı yeni sirr üzə çıxıb.
KONKRET.az xəbər verir ki, Amerika və Avropa alimlərindən ibarət qrup Antarktidada üç sirli piramida formalı struktur müəyyən ediblər. Bunlardan ikisi dəniz sahilindən 16 kilometr aralıda, üçüncüsü isə dənizə çox yaxın ərazidə tapılıb. Uzun müddətdən bəri elm adamları piramidaların təbii yolla əmələ gəldiyi qənaətindədirlər. Bəzi alimlər isə piramidaları insan əməyinin məhsulu hesab edirlər.
Antarktidadakı piramidaların insanlar tərəfindən inşa edildiyi ehtimal edilir. Son illərdə Antarktidada araşdırmalar aparılarkən elm adamları bu mövzuda susmağa üstünlük verirdilər. Çünki bu tikililərin insan əli ilə tikildiyinin kəşfi xeyli mətləblərə aydınlıq gətirəcək. 2009-cu ildə bölgədə çalışan iqlimşünaslar qitədə polen hissəcikləri tapıblar və Antarktidada bir vaxtlar palma ağaclarının böyüdüyünü və yayda temperaturun +21 dərəcəyə çatdığını sübut ediblər. 2012-ci ildə Nevada Tədqiqat İnstitutunun alimləri qitənin cənubunda yerləşən Vida gölünə yaxın daha 32 müxtəlif göl aşkar ediblər. Yerə nüfuz edən qabaqcıl peyk görüntülərinin təhlili kimi müasir texnologiyalar sayəsində mümkün olan bu kəşf tarix kitablarının yeni mövzusu ola bilər.
Vəli Həsənoğlu,
KONKRET.az