Misir Aralıq dənizində eramızdan əvvəl III əsrə aid batmış gəmi və küplərin qalıqlarının tapıldığı yerə ekskursiyalar keçirəcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi yanında Sualtı Əsərlər Mərkəzinin rəhbəri İslam Səlim bildirib.
Qeyd olunub ki, arxeoloq-dalğıclar Aralıq dənizində Misirin Əl-Alameyn şəhəri sahillərində batmış eramızdan əvvəl III əsrə aid ticarət gəmisinin qalıqlarını və keramika küpləri aşkar ediblər.
İslam Səlimin sözlərinə görə, Misir və YUNESKO arasında razılaşmaya əsasən, sualtı tapıntılar zədələnmək riski olmadığı halda yerində qalmalıdır.
İdarə rəhbəri vurğulayıb ki, tapıntı ticarət, iqtisadiyyat və turizm baxımından Misirin regiondakı statusunu bir daha təsdiq edir.
İqbal Rzayev,
KONKRET.az