Antiterror şəhidlərinin bank borcları tam şəkildə silinib – AÇIQLAMAbackend

Antiterror şəhidlərinin bank borcları tam şəkildə silinib - AÇIQLAMA

Bu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizin borcları ilə bağlı Azərbaycan Banklar Assosiasiyası toplantı keçirib və şəhid olanların bank borclarının silinməsi ilə bağlı qərar qəbul edib.

Qərarda bildirilib ki, şəhid olmuş hərbçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə və yaralanmış hərbçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.

KONKRET. az xəbər verir ki, Modern.az. şəhidlərin borclarının silinməsinin hansı mərhələdə olması məsələni aydınlaşdırmaq üçün Azərbaycan Banklar Assosiasiyasına müraciət edib.

Assosiasiyanın sədri Zakir Nuriyev sorğuya cavab olaraq bildirib ki, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan siyahıda bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib.

Silinən məbləğin qədərini açıqlamayan Zakir Nuriyev vurğulayıb ki, “Təqdim edilən bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib. Bu, bir az həssas mövzudur. Neçə nəfər olmasından, məbləğin nə qədər olmasından asılı olmayaraq, biz istəyərik ki, hamısının borcları silinsin”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatınada sentyabrın 19-20-də həyata keçirilən  antiterror tədbirləri zamanı şəhid olan şəxslərin sayı 204 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*