Azərbaycanın kişi və qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.
KONKRET.az xəbər verir ki, XI turda Braziliya ilə üz-üzə gələn kişilərdən ibarət yığmamız 3:1 hesablı qələbə qazanıb.
Aydın Süleymanlı – Luiz Paolo Supi 0,5:0,5
Nicat Abasov – Alexander Fier 0,5:0,5
Rauf Məmmədov – Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov – Dieqo Di Berardino 1:0
Qadınlardan ibarət millimiz isə son turda yarışın favoriti Hindistanla üz-üzə gəlib.
Yığmamız 0,5:3,5 hesabı ilə uduzub.
Harika Dronavalli – Günay Məmmədzadə 1:0
Rəmeşbabu Vaişəli – Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya – Gövhər Beydullayeva 1:0
Vantika Aqraval – Xanım Baladjayeva 1:0