“Bakı Metropoliteni” QSC-də yeni mətbuat katibi təyin edilib.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.
Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.
Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.