“Apple” film və serialların çəkiliş xərclərini azaldacaqbackend

“Apple” film və serialların çəkiliş xərclərini azaldacaq

“Apple” şirkəti “Apple TV+” üçün yeni filmlərin və serialların istehsalı ilə bağlı xərcləri azaldacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Axın xidməti Hollivudda ən yüksək ödənişləri ilə tanınır. Şirkət Martin Skorsese, Ridley Skott və Matthev Vonun filmlərinə 500 milyon dollardan, İkinci Dünya Müharibəsindən qalma “Masters of the Air” mini serialına isə 250 milyon dollardan çox pul xərcləyib. Bütün bu xərclər isə öz bəhrəsini verməyib.

Xərcləri azaltmaq üçün növbəti mövsümlər üçün serialları yeniləmək ehtimalı azalıb. Bununla belə, şirkət bəzi layihələr üçün hələ də çox pul ödəməyə hazırdır.

Bloomberg analitikləri qeyd ediblər ki, “Apple TV+”da aylıq məzmuna baxış sayı “Netflix”in bir günlük göstəricilərindən aşağıdır. Ümumiyyətlə, “Apple” şirkətinin xidməti Amerika televiziyalarında proqramların ümumi baxış sayının 0,2 faizini təşkil edir. Rəqiblərə nisbətən abunəçi artımı zəif qiymətləndirilib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*