“Apple”ın əsas istehsal tərəfdaşı olan Tayvanın “Foxconn” şirkəti tarixdə ilk dəfə Hindistanda iPhone üçün metal korpusların yerli istehsalına başlamağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
Yeni qurğu Tamil Nadu ştatının Oragadam şəhərindəki ESR Sənaye Parkında yerləşəcək. İndiyə qədər Hindistanda yalnız Tata Electronics korpuslar (və ya “şassi”) istehsal edib. Şirkətə görə bu, Hindistanda iPhone üçün yerli təchizat zəncirinin dərinləşdirilməsində ilk addımdır.
Əvvəllər Foxconn əsasən Sriperumbudurda iPhone-un son montajı və Hyderabadda AirPods istehsalı ilə məşğul olurdu. İndi şirkət korpuslar və displey modulları ilə işləmək də daxil olmaqla, üfüqi səlahiyyətlərini genişləndirir.
Analitiklər hesab edirlər ki, Hindistanda iPhone istehsalının lokallaşdırılması səviyyəsi 10%-i ötməsə belə, yenə artacaq.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-da iPhone istehsalına tələb olduğunu bildirərək, Apple-ın baş direktoru Tim Kuku bunu reallaşdırmağa çağırıb. Əks halda şirkəti ən azı 25% tariflə hədələyib.
Müşviq Tofiqoğlu
KONKRET.az