Aprelin pensiyası nə vaxt ödəniləcək? – RƏSMİbackend

Aprelin pensiyası nə vaxt ödəniləcək? - RƏSMİ

Hazırda müəyyən edilmiş qrafikə əsasən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, digər bölgələrdə isə pensiya ödənişləri 20-28-i aralığında ödənilir.

KONKRET.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Katibi Rəşad Mehdili metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, aprel ayının ödənişlərinin verilməsi barədə yaxın günlərdə məlumat veriləcək.

“Əvvəlki aylarda olduğu kimi cari ayın pensiyası ay yekunlaşmadan bank kartlarına köçürüləcək”.

Qeyd edək ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

  • Orxan
    Aprel 14, 2025 - 18:12

    Penisiyalar nə vaxt edenilecek

  • Təvəkkül
    Aprel 22, 2025 - 01:25

    Salam sosyal yardım nə vaxt veriləcək

Orxan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*