Baku TV-nin “Qapqara” verilişinin budəfəki qonağı xanəndə Aqil Məlikov olub.
KONKRET.az xəbər verir ki, o, verilişdə sənətkarın Yaradan və peşəsi qarşısında məsuliyyətindən söz açıb:
“Sənətkar ilk növbədə Allah qarşısında məsuliyyətli olmalıdır. Onun buyurduğu yoldan, müqəddəs kitabdan kənara çıxmamalıdır. İkincisi isə sənət qarşısında öz məsuliyyətini hiss etməlidir. İşinə laqeyd, biganə yanaşmamalıdır. Zəmanə dəyişə bilər, buna baxmayaraq, sənətkar öz prinsiplərinə sadiq qalmalı, əqidə sahibi olmalıdır”.
Aqil Məlikovun sözlərinə görə, xanəndələr qəzəliyyatı filoloq və akademiklərdən yaxşı bilməlidirlər. “Əgər onlardan biri səni toyuna çağırsa, nə edəcəksən?! Belə bir hadisə öz başıma da gəlib. Günlərin birində Zirədə toyda iştirak edirdim. Gördüm ki, Hacıbaba Hüseynov ilə məni başda əyləşdiriblər. Toyda məndən nəsə ifa etməyimi istədilər. Çox həyəcanlı idim. Hacıbaba ustad idi, onun qarşısında nə edə bilərdim?! Orada həyəcandan necə ölmədim, bilmirəm. Sonra bir qəzəl ifa etdim. Gördüm ki, Hacıbaba mənə baxdı. O zaman başa düşdüm ki, bacarmışam”, – deyə o, sözlərinə əlavə edib.
Ətraflı süjetdə: