“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən KONKRET.az-a verilən məlumata görə, qeyd olunan tarixdə 6 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | Həmidov Səmədağa Əli oğlu | İlkin istehsal | Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
2 | Kanalov Rauf Telman oğlu | Pərakəndə satış | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
3 | “ESCOFFİEL” MMC | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 | “SAF ƏT” MMC | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
5 | Sadıqov İbrahim İlqar oğlu | İctimai iaşə | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 | Cabbarova Vüsalə Ağasəf qızı | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |