Bu gün Ermənistan parlamentində gərgin anlar yaşanıb. “Siz koalisiya üzvü olduğunuz bütün dövrdə ümumilikdə 373 min 800 nəfər Ermənistanı əbədi olaraq tərk etdi. İnqilabdan sonra onlardan 41 min nəfəri Ermənistana qayıtdı”.
KONKRET.az xəbər verir ki, bu rəqəmləri bu gün parlamentdə “Mənim addımım” fraksiyasının üzvü Hayk Gevorqyan “Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili Naira Zohrabyanın insanların Ermənistandan qaçdığına dair açıqlamasına cavab olaraq söyləyib.
O, fraksiya katibi Arman Abovyandan bu rəqəmləri iclaz zamanı salonda olmayan həmkarına çatdırmağı xahiş edib.
Cavabında Abovyan tribunaya yaxınlaşaraq xatırladıb ki, bu hakimiyyətdən əvvəlki dövrdə Vətən təslim olmadı, Ermənistan müharibəni itirmədi: “Başınızda qurduğunuz, sizinlə hər şeyin yaxşı olduğunu düşünürsünüzsə, həmkarımın çağırışına qoşuluram, gəlin birlikdə hava limanına gedək, insanlardan niyə mühacirət etdiyini soruşaq? Bəli, günahkarsınız, günahlarımıza görə bizi günahlandırmağa cəsarət etməyin!”
“Mənim addımım” fraksiyasının deputatlarından birinin replikası Abovyanı daha da qəzəbləndirdi və onu sözünü kəsməyə cəsarət etməməyə çağırdı: “Hansı tonda danışıram? Burada təxribat xarakterli çıxışlar eşidildikdə və günahlarınızı bizim üzərimizə atmağa çalışmayın! Xahiş edirəm, hər biriniz problemlərinizlə məşğul olasınız”.
Lətif,
KONKRET.az