Aram Abramyan: “Erməni xalqı həmvətənləri uğrunda müharibəyə hazır olmalıdır”backend

Aram Abramyan: “Erməni xalqı həmvətənləri uğrunda müharibəyə hazır olmalıdır”

“Bu vəziyyəti təsəvvür edin: 680 min insan 120 min insanın taleyi ilə maraqlanmır, həmvətənlərinin öldürülə biləcəyindən və ya qovulmasından xüsusilə narahatlıq keçirmir. İnsanların əksəriyyəti həyatı və rifahının daha vacib olduğunu düşünür. Kimin mövqeyi daha həlledicidir və digər tərəfdən müzakirəyə layiqdir – kütlə, yoxsa onun lideri?”

KONKRET.az xəbər verir ki, bu fikirləri jurnalist Aram Abramyan yazıb.

Onun sözlərinə görə, verdiyi bu ritorik sualın cavabı bəllidir: kütlə dəyişəndə ​​lider də dəyişəcək: “Bəli, çoxluğun fikri mənim üçün etik baxımdan qəbuledilməzdir, hətta sırf praqmatik baxımdan da yanlışdır. Amma bir dəyişiklik etmək istəyirəmsə, mənim əsas qayğım hazırkı liderin hakimiyyətdə olmamasıdır. Tutaq ki, hakimiyyətə 120 min insanın həyatının vacib olduğuna inanan bir adam gəlir. Bu, o demək olacaq ki, vətəndaşların əksəriyyəti öz mövqelərini qorumaq üçün ciddi çətinliklərə, o cümlədən həmvətənləri və vətənləri uğrunda müharibəyə hazır olmalıdırlar. Amma çoxluğun fərqli mövqeyi varsa, o zaman parlaq ideyaları ilə bu yeni hakimiyyət heç bir nəticə əldə etməyəcək.

Totalitarizm və demokratiya şəraitində cəmiyyət səfərbər oluna bilər. Bir halda məcbur etmək, digərində isə inandırmaq. Bir də avtokratiya şəraitində insanlara deyə bilərsın ki, sən bu ölkəni belə tərk edə bilərsən, nə qədər ki, onlar bizə, hakimiyyətə qarışmasalar. Belə bir rejimdə cəmiyyəti hər hansı bir ciddi təşkilatın ətrafında toplamaq mümkün deyil. Bütün sosioloji sorğulara görə, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti Qarabağın Azərbaycanın tərkibində olmasına qarşıdır. Amma bu, sözün dərin mənasında insanların inamı sayıla bilməz. Bir inancın “gücünü” ölçmək üçün çox sadə və başa düşülən bir sınaq var: insan bu inanc uğrunda nəyi qurban verməyə hazırdır – bir fincan qəhvədən, bugünkü şam yeməyindən, işindən, rifahından və ya həyatından?

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*