Araqçı SÜKUTU POZDU: “İran hələ qərar verməyib, çünki…”backend

Araqçı SÜKUTU POZDU: "İran hələ qərar verməyib, çünki..."

“Hazırda ABŞ və İran arasında danışıqların bərpası ilə bağlı razılıq yoxdur”.

KONKRET.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Araqçı IRIB TV-də bildirib.

İranın xarici işlər naziri deyib:

“Hələlik danışıqların bərpası ilə bağlı razılıq əldə olunmayıb. Mən açıq şəkildə bildirirəm ki, heç bir vəd verilməyib və biz ümumiyyətlə danışıqların bərpası barədə danışmamışıq”.

Araqçinin sözlərinə görə, Tehran İran xalqının maraqlarını nəzərə alaraq məsələnin müzakirəsinə davam edir, lakin dialoqa başlamaq üçün hələlik substantiv razılaşma yoxdur.

Üç diplomatın Reuters agentliyinə verdiyi məlumata görə, İsrailin İrana zərbələri başladıqdan sonra Araqçı ABŞ-ın xüsusi nümayəndəsi Steven Witkoff ilə bir neçə dəfə telefonla danışıb. Agentliyin məlumatına görə, İranın xarici işlər naziri Witkoffa deyib ki, Tehran hücumları dayandırmadan nüvə sazişi üzrə danışıqlara qayıtmayacaq. O, mayın sonunda ABŞ tərəfindən İrandan kənarda uranın zənginləşdirilməsi üçün regional konsorsiumun yaradılması təklifini Amerika tərəfi ilə qısa şəkildə müzakirə edib.

İran əvvəllər bu təşəbbüsü rədd etmişdi. Lakin Tehrana yaxın mənbələrdən biri Reuters agentliyinə bildirib ki, Araqçı Vaşinqtonun İsrailə təzyiq göstərəcəyi təqdirdə Tehranın çevik olacağını açıqlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*