Arayik iki separatçını TƏLTİF ETDİ – “Arsax Qəhrəmanı”backend

Arayik iki separatçını TƏLTİF ETDİ - “Arsax Qəhrəmanı”

Qondarma rejimin başçısı Arayik Arutyunyan 1980-ci illərin sonlarından başlayaraq “Qarabağın azadlığı hərəkatının” öncülərindən olan İqor Muradyan və Vigen Şirinyanı ölümündən sonra “Arsax Qəhrəmanı” medalı ilə təltif etdi.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Arutyunyan çıxışı zamanı bu şəxslərin ermənilərin Qarabağla bağlı çoxillik arzusunun yerinə yetirilməsində xüsusi xidmətlərinin olduğunu deyib.

Xatırladaq ki, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında “Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə verilməsi haqqında” SSRİ Ali Sovetinə müraciət qəbul olunub.

  • Fətəliyev Rafael
    Fevral 20, 2021 - 13:47

    Araik Arutunyan canidir terrorçudur onu dərhal cəzalandırmaq lazımdır Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycandir

Fətəliyev Rafael üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*