Moskvada terror aktının qarşısı alınıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, ukraynalı agentlər “Archangel” könüllü layihəsinin rəhbərinə “xüsusi” məktub verməyə cəhd ediblər. Məsələdən xəbər tutan təhlükəsizlik əməkdaşları terror aktının qarşısını ala biliblər. “Məktubu” gətirən kuryer dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Xatırladaq ki, “Archangel” layihəsi 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra formalaşıb. Könüllülər hərbi qulluqçulara dronları idarə etməyi öyrədir, həmçinin müasir sistemlərdən istifadə edərək dronları hazırlayıb sınaqdan keçirirlər. Bundan əvvəl məlum olub ki, təhlükəsizlik xidməti Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərinə qarşı silsilə sui-qəsdin qarşısını alıb. Onlar sənədlərin olduğu qovluq və pover bank kimi maskalanmış partlayıcılarla hərbçiləri öldürmək istəyiblər.
Vəli Həsənov,
KONKRET.az