Arda Güler “Rayo Valyekano”ya qarşı La Liqanın 17-ci turunun matçında “Real”ın əsas heyətində meydana çıxıb.
KONKRET.az xəbər verir ki, o, 2 qolun ötürməsini verib. “Opta Sport”un məlumatına görə, gənc yarımmüdafiəçi bu göstərici ilə “Real”ın tarixinə düşüb.
Güler 21-ci əsrdə La Liqada bir matçda iki məhsuldar ötürmə verən ən gənc futbolçu olub. Buna türk hücumameyilli yarımmüdafiəçi 19 yaş 293 günlüyündə imza atıb.
O bu mövsüm klubda bütün turnirlərdə 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.