Arda Gülərin “Qalatasaray”a cavabı gündəm oldubackend

Arda Gülərin "Qalatasaray"a cavabı gündəm oldu

Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən “Qalatasaray” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirərkən Arda Gülərlə bağlı diqqətçəkən bir iddia irəli sürülüb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda “Real Madrid”in formasını geyinən milli futbolçu Arda Gülər üçün “Qalatasaray”ın etdiyi transfer cəhdi ortaya çıxıb.

Tanınmış jurnalist Ali Naci Küçük “Futbol Arena” yutub kanalında bu barədə maraqlı açıqlamalar verib.

Jurnalistin sözlərinə görə, “Qalatasaray” Arda Güləri transfer etməyi planlaşdırıb. Klub Ardanın futbol həyatında böyük təsiri olan və onun çox dəyər verdiyi bir şəxslə əlaqə saxlayaraq bu məsələdə vasitəçilik edib. Görüş zamanı “Arda Gülər gələrmi? Çempionlar Liqasında oynamaq imkanı, “Qalatasaray”da daim əsas heyətdə yer alma zəmanəti” kimi şərtlər irəli sürülüb.

Lakin Arda Gülər bu təklifə “Mən Türkiyəyə qayıtmağı düşünmürəm” cavabını verib. (Musavat.com)

  • Azad
    May 18, 2025 - 15:00

    Arda ne yapdin

  • Murad
    May 19, 2025 - 14:03

    Niyə Qalatasarayda oynamırsan?

  • Murad
    May 19, 2025 - 14:04

    Qalatasaray da niyə oynamaq istəmirsən?

  • Samir
    May 19, 2025 - 17:44

    gs Ardanın ancaq şortikin alar. Heç vaxt gəlməz. Əvvəla gs guya axır illərdə avropada neyniyib ki ikincidə Realdan gs gəlmək ən böyük ağılsızlıq. Heç okan burunun oğlu da gəlməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*