Argentina bu ölkə prezidentinin həbsini istədibackend

Argentina bu ölkə prezidentinin həbsini istədi

Argentina Venesuela prezidenti Nikolas Maduronun həbsinə order verilməsini tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkə XİN-i bəyanat yayıb:

“Venesuelada vəziyyətin pisləşməsi və insanlığa qarşı cinayət sayıla biləcək yeni əməllərin törədilməsi ilə əlaqədar Argentina, Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu məhkəməyə qədər palatadan Nikolas Maduronun həbsinə order verilməsini tələb etməyə çağırır”.

Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) isə hələlik rəsmi cavab verilməyib.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*