Argentina müxalifəti Maduronun Buenos-Ayresə səfəri zamanı həbsini PLANLAŞDIRIRbackend

Argentina müxalifəti Maduronun Buenos-Ayresə səfəri zamanı həbsini PLANLAŞDIRIR

“Respublikaçı Təklif” müxalifət partiyasının sədri, Argentinanın keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç Buenos-Ayresə səfəri zamanı Venesuela Prezidenti Nikolas Maduronun həbsi üçün ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə müraciət etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Rivadavia” radiostansiyasına müsahibəsində deyib.

“Sabah ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə şikayət edəcəyəm, çünki Maduronun həbsi üçün order var”, – o bildirib.

Onun sözlərinə görə, Argentina və ABŞ arasındakı razılaşmalara əsasən, Amerika administrasiyasının ölkədəki nümayəndəliyinin əməkdaşları Maduronu həbs edə bilər.

Daha əvvəl “Clarin” qəzeti mənbələrə istinadən yazıb ki, Venesuela prezidentinin administrasiyası Argentina hökumətini Maduronun yanvarın 24-də Buenos-Ayresdə keçiriləcək Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) sammitində iştirak etmək planları barədə məlumatlandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*