Argentina Nikaraqua prezidenti və vitse-prezidentinin həbsinə order verdibackend

Argentina Nikaraqua prezidenti və vitse-prezidentinin həbsinə order verdi

Argentina məhkəməsi Nikaraqua prezidenti Daniel Orteqa və onun həyat yoldaşı, respublikanın vitse-prezidenti Rosario Murillonu axtarışda olanlar siyahısına salmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə argentinalı hüquqşünas Dario Riçarte məlumat verib. O, mümkün insan haqları pozuntularına görə hökumət rəsmilərinə qarşı təhqiqat aparılmasını istəyir.

“Təxminən iki il yarım davam edən istintaqdan sonra hakim Daniel Orteqa, Rosario Murillo və ciddi insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan onlarla başqa şəxs üçün istintaq çağırışı və beynəlxalq həbs qərarı verdi”.

“Nikaraqua La Prensa” vurğulayıb ki, iş 2018-ci ildə Nikaraquada baş verən iğtişaşlarla bağlıdır. Eləcə də vergilərin artırılması və sosial müavinətlərin kəsilməsini nəzərdə tutan sosial təminat islahatları da bu çərçivəyə daxildir. Etirazlar fonunda Orgeta islahatı ləğv etdi, lakin mitinqlər davam etdi – etirazçılar onun istefasını tələb etdilər. Qeyri-hökumət Nikaraqua İnsan Haqları Assosiasiyasının məlumatına görə, ölkədəki etirazlar zamanı bir neçə yüz adam həlak olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*