Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.
KONKRET.az xəbər verir ki, Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
***
10:40
Xalq artisti Arif Quliyev bu gün dəfn edilir.
KONKRET.az xatırladır ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.