Arif Quliyevin dəfn ediləcəyi yer MƏLUM OLDU – YENİLƏNİB-2backend

Arif Quliyevin dəfn ediləcəyi yer MƏLUM OLDU - YENİLƏNİB-2

Xalq artisti Arif Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Unikal.org-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib:

“Sənətkar bu gün “Qurd qapısı” qəbirstanlığında dəfn ediləcək”.

***

12:01

“Xalq artisti Arif Quliyevin dəfn yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

Bu barədə KONKRET.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir:

“Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

***

 11:14
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Lakin sənətkarın dəfn ediləcəyi yer hələ də müəyyənləşdirilməyib.

KONKRET.az xəbər verir ki, bununla bağlı unikal.org-a Xalq artistinin yaxın qohumu məlumat verib.

Bildirilib ki, xalq artistinin meyiti həyətdədir:

“Hələ də Arif Quliyevn dəfn ediləcəyi yer müəyyənləşə bilmir. Meyit evin həyətində qalıb. Mədəniyyət Nazirliyindən Xalq artistinin harada dəfn ediləcəyi ilə bağlı xəbər gözləyirik. Hələ də onlardan xəbər yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*