17 sezondur bir çox rekordlar qırdıqdan sonra ekranlara ara verən “Arka Sokaklar” tezliklə “Kanal D”də izləyiciləri ilə görüşməyə hazırlaşır.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, serialın “Rıza Baba”sı Zəfər Ergin yeni mövsümlə bağlı açıqlama verib.
17 ildir ekranlarda olan serialın çəkilişlərinə başlayacaqlarını bildirən ustad aktyor uğurun sirrinin işi sevmək olduğunu bildirib.
“Gələn həftə çəkilişlərə başlayacağıq. Köhnə aktyorlardan əlavə yeni adlar da olacaq. Başqa seriallardan təkliflər gəlirdi. Həmin vaxt “Kanal D” serialın çəkiliş hüququnu Türker İnanoğlundan aldığını açıqladı. “Kanal D” ilə razılaşdıq. Biz səy göstəririk, işi ciddi qəbul edirik və onu sevirik. Tamaşaçılar bunu illərdir saxlayır, yaxşı ssenari yaxşı mövzudur”, – deyə aktyor bildirib.
İqbal Rzayev,
KONKRET.az