“Ərdoğan super praqmatik siyasətçidir. Buna baxmayaraq, onun Ukraynaya münasibətinin əsas tendensiyası hələ də Qərbin münasibət tendensiyası ilə üst-üstə düşür”.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Arkadi Dubnov şərh verib. Onun üçün aydındır ki, Ukraynada baş verən hadisələrə dünyanın münasibəti heç də Moskvanın xeyrinə deyil. Buna görə də Ərdoğan bu gün öz siyasətini qurur. Və Kremllə həmrəy olduğunu nümayiş etdirmək lazım olanda bunu sırf praqmatik səbəblərə görə edir. Onun Putinlə o qədər əlaqələri var ki, risk etmək ona daha baha başa gəlir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az