Arman Abovyan: “Bizi az alçaldın!”backend

Arman Abovyan: "Bizi az alçaldın!"

Fransa prezidenti Emmanuel Makronun yaxın gələcəkdə Cənubi Qafqaza səfəri barədə informasiyanın təsdiq olunmaması erməni politoloq Arman Abovyanu xeyli mütəəssir edib.

KONKRET.az xəbər verir ki, o, bu tip məlumatları ümid işığı kimi dəyərləndirib. Amma xəbərin rəsmi təkzib olunması bu ümidləri puça çıxarıb.

Arman Abovyan yazır: “Makronun sentyabrın 9-10-da Ermənistan və Azərbaycana səfər edəcəyi ilə bağlı yalan məlumat “drenaj” qərbyönlü partiyanın növbəti əsassız ümidlər silsiləsindədir. Təbii ki, heç kim Makronun ermənipərəst mövqeyinin əhəmiyyətini aşağılamır, amma…

Xaricdən gələn “xilaskarların” müxtəlif ermənipərəst addımlarına arxalanmaq kimi alçaldıcı praktikaya son qoymaq lazımdır!

Axı bu, alçaldıcıdır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*