“Əliyevin Nikolun Sünikə gizli səfəri fonunda Zəngəzurla bağlı son açıqlamaları geridönməz bir prosesin başlanğıcıdır. Söhbət milli suverenliyin itirilməsinin başlanğıcından gedir”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir kl, bu barədə Ermənistan Baş nazirinin keçmiş müavini Armen Gevorqyan özünün Telegram kanalında yazıb.
O daha sonra bunları qeyd edib: “Suverenlik yalnız ərazi cəhətdən deyil, həm də Ermənistanın düşmənlərinin təcavüzkar bəyanatlarına mütənasib reaksiya vermədiyi zaman pozula bilər. Əminəm ki, Ermənistan Xarici İşlər Nazirliyinin dünənki açıqlamasından sonra özümüzü daha inamlı hiss etmədik və Sünik sakinlərinin həyatı daha təhlükəsiz hala gəlmədi”.
Rəsmiyyə Şərifova,
KONKRET.az