Arsen Avakov Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatına cavab verdibackend

Arsen Avakov Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatına cavab verdi

Ukraynanın keçmiş daxili işlər naziri, milliyyətcə erməni olan Arsen Avakov Rusiya Xarici Kəşfiyyat Xidmətinin ABŞ-ın Volodimir Zelenskinin ölkə prezidenti postuna onun namizədliyini nəzərdən keçirməsi ilə bağlı bəyanatına cavab verib.

KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, indi “cəsarətli” rus kəşfiyyatının Kursk bölgəsində Ukrayna ordusunun hücumunu qaçırarkən nə etdiyi aydın oldu: “Yəqin “informasiya bombası” hazırlayırdılar.

Onların dediklərində hər söz gözəldir: “Amerikalılar dəyişməyə qərar verdilər”, “Etibarlı QHT-lər”, “Timoşenko və Poroşenko ilə məsləhətləşdilər”, “Daha idarə olunanı tapdılar”… Ancaq düz tapmadılar. Ukrayna cəmiyyətində yanğın baş vermədi, amma qoşunlarımız artıq Kursk yaxınlığındakı tarlalardadır.

Biz öz işimizə davam edirik, cəbhə bölgəsindəki uşaqlarla əlaqə saxlayırıq, necə kömək edəcəyimizi müzakirə edirik. Rusiya televiziyası və onlayn mediası isə feyk xəbərlərlə həzz alırlar, özlərini əyləndirirlər. Ümid edirəm ki, yanıb külə dönəcəklər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*