İngiltərənin “Arsenal” klubunun futbolçusu Martin Edeqor zədəsini sağaldıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi komanda ilə məşqlərə start verib.
Norveçli oyunçu İtaliyada “İnter”ə qarşı keçirəcəkləri Çempionlar Liqası matçında iştirak edə bilər.
Qeyd edək ki, “İnter” -“Arsenal” görüşü noyabrın 6-da keçiriləcək. Martin Edeqor sentyabrda Norveç yığmasının heyətində zədələnmişdi.