Artak Beqlaryan Azərbaycana münasibətinə görə Avropa rəsmisindən İNCİDİbackend

Artak Beqlaryan Azərbaycana münasibətinə görə Avropa rəsmisindən İNCİDİ

Artak Beqlaryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaardan inciyib.

KONKRET.az xəbər verir ki, o, Toyvo Klaarın “sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqları inkişaf etdirməyin zərurəti” haqqında sözlərindən bərk küsüb.

Toyvo Klaar

O, özünün Twitter səhifəsində Toyvo Klaarın paylaşımına belə cavab verib:

“Mənim Toyvo Klaara inamsızlığım onun Azərbaycanın cinayətinə reaksiyasına görə getdikcə daha da dərinləşir. O, ya həvəskar diplomatdır, ya azərbaycanlılar tərəfindən beyni yuyulur, ya da korrupsioner məmurdur, ya da Avropa dəyərləri, maraqları və insan hüquqları ilə bağlı təhrif olunmuş fikirləri var. Bütün hallarda dörd variantın hamısında dəyişiklik tələb olunur”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*