“Artıq Qarabağ erməniləri Azərbaycan hakimiyyətindən kömək istəyir” – Rusiyalı politoloqbackend

"Artıq Qarabağ erməniləri Azərbaycan hakimiyyətindən kömək istəyir" - Rusiyalı politoloq

Son vaxtlar bir çox sadə ermənilər Azərbaycan hakimiyyətinə müraciət edib kömək istəyirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov danışıb.

“Son vaxtlar, bildiyiniz kimi, bir çox sadə ermənilər Azərbaycan hakimiyyətinə yazır, vasitəçilər vasitəsilə müraciət edir ki, onlara kömək etsinlər.

Azərbaycana üz tutan insanlar, görünür, başa düşürlər ki, Ermənistan hakimiyyətinə lazım deyillər və oradan kömək gəlməyəcək. Ermənistanda insanların Qarabağ ermənilərini sevmədiyi məlum faktdır, sosial şəbəkələrin erməni seqmentinə baxıb görə bilərsiniz.

Bakı mütəmadi olaraq Azərbaycan vətəndaşı olmağa hazır olduqlarını bildirən ermənilərin həyatını yaxşılaşdırmağa, onlara ölkənin digər vətəndaşları ilə bərabər bütün hüquqlarla təmin etməyə hazır olduğunu nümayiş etdirir”, – politoloq deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*