“Artıq Qarabağı geri qaytarmaq mümkün deyil”.
KONKRET.az xəbər verir ki, erməni bloger Mika Badalyan belə deyib.
O bildirib ki, genişmiqyaslı etirazlara və Paşinyanın devrilməsinə ehtiyac yoxdur.
“Nə üçün? Birincisi, onu əvəz edəcək vahid namizəd yoxdur. İkincisi, biri olsa belə, ondan Qarabağı geri qaytaracağnı gözləyəcəklər ki, bu da mümkün deyil. Buna görə də hər şey olduğu kimi qalmalıdır”, – deyə Badalyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az