“Yolda yetişməmiş tərəvəzlər satılır. Onlar adi fermerlərdir, məhsullarını, mallarını satırlar, bir-birlərini tanıyırlar. Onlarla həmsöhbət oldum”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “hraparak.am” saytında iranşünas Vardan Voskanyan yazıb.
“”Artsax” (Qarabağdakı sabiq qondarma rejim – red) artıq mövcud olmadığı üçün ticarət ölüb. “Artsax”a gedən insanlar dayanıb hər şeyi qutularda alırdılar. İndi yoldan keçənlər kiloqramla satır, qalanı isə günəşdə çürüyür. “Artsax” sadəcə torpaq deyildi, hər şey idi – iqtisadiyyat idi, ticarət idi, indi biz onun dəyərini anladıq”, – insanlar kədərlə deyirlər.
Natiq Səlim,
KONKRET.az
Başınıza daş