Aruşanyan: “Dişinə qədər silahlanmış Azərbaycan qarşısında heç nə edə bilmirik”backend

Aruşanyan: “Dişinə qədər silahlanmış Azərbaycan qarşısında heç nə edə bilmirik”

ABŞ Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Bu ölkənin Ermənistandakı səfiri Kristina Quinn İctimai Televiziyaya müsahibəsində Qarabağ ermənilərinin Azərbaycan daxilində təhlükəsiz yaşamaq imkanlarını mümkün hesab etdiyini bildirib. Məhz bu açıqlamadan sonra ermənilər arasında əsl çaxnaşma baş verib.

Xankəndidə separatçı kimi ad çıxarmış Boris Aruşanyan da etiraf edir ki, tərəflər belə bir qərara gəlsələr, Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək mümkün olacaq. Aruşanyan acı reallıqla barışsa da, öz gözündə tiri görmür. Yenə də Azərbaycanı bəzi məsələlərdə ittiham edir. Erməniyə görə Rəsmi Bakının günahı ondadır ki, tələblərində beynəlxalq zəmanətlərin gücünə arxalanır. O hesab edir ki, Ermənistanla Azərbaycan arasında hərbi güc xeyli fərqlənir ki, bu da ədalətsizlikdir. Sən demə, biz 44 günlük müharibədə öz torpaqlarımızı işğaldan azad etməklə dünya birliyinə meydan oxumuşuq.

Əlbəttə, Qarabağın separatçı erməniləri beynəlxalq hüquqa və sağlam düşüncəyə zidd düşüncələri ilə revanşist yanaşmadan əl çəkə bilmirlər. Siz bir onun arqumentinə baxın: “İngilislər pakistanlılarla hindlilərin bir ştatda birgə yaşamasının mümkün olmadığına əmin olduqdan sonra iki dövlət yaratmaq qərarına gəldilər. Bu, Qarabağ erməniləri üçün də keçərlidir”.

Doğrudur, belə zərərli fikirlərə Müzəffər Ali Baş Komandan nöqtə qoyub: Bir regionda iki erməni dövləti ola bilməz. Əgər Qarabağ erməniləri azərbaycanlılarla birgə yaşamaq istəmirlərsə, bölgədən rədd olub gedə bilərlər.

Azərbaycan Prezidenti Qarabağ erməniləri arasında birbaşa dialoqun mümkünlüyünə də toxunub. Bu isə o şərtlə mümkündür ki, danışıqlar üçüncü ölkənin vasitəçiliyi ilə həyata keçirilməməlidir. Məhz bu kontekstdə Qarabağ məsələsinin yekun həlli mümkündür.

Ancaq revanşistlər bu tələbi qeyri-real qiymətləndirir və bununla da mənasız, məntiqsiz yanaşmalarını ortaya qoyurlar. Onları qorxudan odur ki, azərbaycanlılar da Xankəndiyə köçürülsə, şəhərin erməni əhalisinin köç prosesi sürətlənəcək. Ancaq Boris Aruşanyan da digər revanşistlər kimi acizdir: “Dişinə qədər silahlanmış Azərbaycan qarşısında heç nə edə bilmirik”.

Aruşanyan kimilər İlham Əliyevdən çox qorxduğunu da gizlətmir: “Əliyevin bütün tələbləri bizi tamamilə məhv etmək üçündür. BMT Təhlükəsizlik Şurasının nəzarəti altında Azərbaycanla danışıqları bərpa edə və referenduma gedə bilərik. Mənə elə gəlir ki, hazırda bu da real görünmür”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*