Arutyunov: “Ermənistan mövcud təhlükəsizlik modelini itirəcək”backend

Arutyunov: "Ermənistan mövcud təhlükəsizlik modelini itirəcək”

“Son günlər Ermənistanın xarici siyasət fəaliyyətinin Amerika və Avropa istiqamətlərində aktivləşməsi nəzərə çarpır. Respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan bu günlərdə ABŞ-da səfərdədir və Pentaqon rəhbərliyi ilə ikitərəfli hərbi əməkdaşlıq imkanlarını müzakirə edir.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtona səfər ediblər. Avropa Birliyinin Ermənistana münasibətdə aktivləşməsi də göz önündədir. Bu həftə respublikanın müdafiə idarəsinin rəisi Suren Papikyan Parisdə işgüzar səfərdə olub. Bunun fonunda Ermənistan cəmiyyətində İrəvanın hazırkı təhlükəsizlik sistemindən tədricən “Qərb standartlarına” çıxması ideyası aktuallaşmağa başladı”.

KONKRET.az xəbər verir ki, belə bir şərhlə məşhur erməni politoloq David Arutyunov çıxış edib.

Onun sözlərinə görə, ölkə üçün indiki çətin vəziyyətdə Ermənistandan hər hansı kəskin hərəkət gözləmək olmaz. Təhlükəsizlik məsələləri həmişə ikitərəfli olmalıdır. Arutyunov sözlərinə görə, əslində, bu o deməkdir ki, Qərb ölkələri də respublikanın təhlükəsizliyinin təminatçısı olmaq üçün Rusiya Federasiyasının üzərinə götürdüyü eyni öhdəlikləri öz üzərinə götürməlidir.

“Bəs Qərb hadisələrin bu cür inkişafına hazırdırmı? Vəziyyətdən göründüyü kimi, Qərb tərəfdaşları tərəfindən belə bir istək yoxdur. Sadəcə olaraq, Qərbdən belə bir hazırlıq yoxdur və yaxın gələcəkdə də olmayacaq. Çünki Rusiya-Ukrayna münaqişəsi və ABŞ-la Çin arasında münasibətlərdə artan gərginlik səbəbindən Qərb ölkələrində müəyyən məhdudiyyətlər yaranıb

Onu da nəzərə almaq lazımdır ki, Qərb dövlətlərinin Ermənistanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olması onların Türkiyə ilə münasibətlərində gərginliyə səbəb ola bilər. Bu, açıq-aydın baş verməyəcək, çünki Türkiyə Ermənistandan fərqli olaraq Qərb ölkələri üçün daha çox prioritetdir”, – deyə politoloq qeyd edib.

O hesab edir ki, Ermənistan açıq-aşkar Qərblə münasibətləri inkişaf etdirmək istəsə də, bu istəyi təhlükəsizlik sisteminin modifikasiyası, o cümlədən KTMT-dən çıxmamaq kontekstində nəzərdən keçirməlidir.

“Biz hamımız görürük ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı tez-tez tənqidlər səsləndirir. Amma buna baxmayaraq, respublikanın KTMT-dən çıxarılması üçün real addımlar atılmır. KTMT-ni tənqid edən mesajlar daha Qərbə hesablanıb. Təşkilata üzvlüyün dayandırılmasından və ya orada iştirakın dondurulmasından danışmaq olar. Əgər Qərb ölkələri KTMT çərçivəsində mövcud olan təhlükəsizlik təminatlarını verməkdən imtina edərsə, ölkənin alternativ təminatçısı qalmayacaq”, – deyə ekspert qeyd edib.

“Bu halda təhlükəsizlik sistemində vəziyyət daha da pisləşəcək, çünki Ermənistan mövcud təhlükəsizlik modelini itirəcək”, – ekspert vurğulayıb.

Arutyunov qeyd edib ki, “Hətta bu fonda da ölkə Qərbin silah bazarlarına yönləndirilə bilməz. Çünki Ermənistan dövlətinin məhdud maliyyə imkanlarını və Qərb ölkələrinin hərbi-sənaye kompleksinin Ukraynaya yönləndirilməsini nəzərə almaq lazımdır”.

Xatırladaq ki, mayın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində qeyd etmişdi ki, ABŞ bu əməkdaşlığı məhv etmək üçün Rusiya ilə əlaqələri olan dünyanın müxtəlif ölkələrinə, o cümlədən KTMT üzvlərinə təzyiq göstərir. Nümunə kimi o, Ermənistanı təşkilatdan “qoparmaq” cəhdlərini göstərib.

“Mən bilirəm ki, ermənilərə deyirlər ki, (bizdə belə məlumatlar var), bizə gəlin, rusları öz ərazinizdən qovun, sərhədçilər də hərbi bazanı çıxarsınlar, amerikalılar təhlükəsizliyiniz təmin olunmasına kömək edəcəklər. Bu, diplomatiya deyil”, – nazir vurğulayıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*