“Aİ ilə münasibətlərin inkişafında növbəti addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi olacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan iyunun 25-də müzakirələr zamanı bildirib.
Onun fikrincə, bu məsələ Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcəyi halda da gündəmə gələ bilər. Arutyunyanın fikrincə, hərbi təxribat və Sünikə (Qərbi Zəngəzur) girmək Suriya, Livan və Kiprə qoşun yeritməkdən narahat olmayan Türkiyə və Azərbaycan üçün faydalı olardı, buna yalnız bir amil mane olur: Rusiya. Lakin bu gün Türkiyə və Azərbaycanı hər məsələdə dəstəkləyən Rusiyadır. Bununla belə, o, başa düşür ki, Zəngəzur Cənubi Qafqazda ən mühüm strateji nöqtədir, ona görə də Rusiya ondan imtina edə bilməz”, – deyə keçmiş baş nazir bildirib.
O, əmin olduğunu bildirib ki, Rusiyanın hərbi mövcudluğu Ermənistana kömək etməsə də, ona mane də olmayacaq.
Natiq Səlim,
KONKRET.az