backend

"Arvad mənə elə baxır ki..." - Canəli Əkbərovdan yaşlılara NÜMUNƏ

Artıq iki gündür koronavirus pandemiyası təhlükəsilə bağlı hökumət tərəfindən 65 yaşdan yuxarı insanların evdən çölə çıxmaması ilə əlaqədar göstəriş verilib.

KONKRET.az yaşlı sənətkarlarımızın səhhəti və evdəki durumlarını diqqətdə saxlayaraq, 80 yaşlı xalq artisti Canəli Əkbərovla əlaqə yaradıb.

Xanəndə özünü yaxşı hiss etdiyini, ev şəraitində diqqət və qayğı ilə əhatə olunduğunu bildirib:

“Bu, el ilə gələn bir bəladır. Mən inanıram ki, xalqımız bundan tam sağlam çıxacaq. Ona görə ki, biz təmizliyi sevən, özünə qulluq edən, nizam-intizamlı xalqıq. Mən bir ağsaqqal kimi xalqımızı bu mübarizədə diqqətli və məsuliyyətli olmağa çağırıram. Xüsusən də ağsaqqalları hökumətin evdə qalmaqla bağlı tələblərinə ciddi şəkildə əməl etməklə nümunə olmağa səsləyirəm. Təbii ki, bu, müvəqqəti çətinlikdir və hər birimizin sağlamlığı üçün vacibdir”.

Şəxsi sağlamlığı ilə bağlı sualımızı isə xanəndə olduqca pozitiv cavablandırıb: “Özümü əladan da əla hiss edirəm. Arvad mənə elə baxır ki, heç körpə uşağa elə baxmazlar”.

Hazırladı: SEVİNC

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*