Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi – VİDEObackend

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayiq şəkildə davranan şəxsi tək yumruqla yerə sərdiyi görünür.

Bizim.Media xəbər verir ki, hadisənin harada baş verdiyi məlum olmasa da, görüntülər geniş müzakirələrə səbəb olub.

Videoda əks olunan kişi arvadını narahat edən sərxoş şəxsə müdaxilə edərək onu bir yumruqla zərərsizləşdirib. Bu hadisə cəmiyyətdə iki fərqli mövqeni üzə çıxarıb.

Bəziləri kişinin reaksiyasını haqlı hesab edərkən, digərləri isə şiddətin heç bir halda çıxış yolu olmadığını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*