Arvadını öldürən Taxveli ilə bağlı qərar dəyişmədi – MƏHKƏMƏbackend

Arvadını öldürən Taxveli ilə bağlı qərar dəyişmədi - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində 4 il əvvəl Nəsimi rayonunda həyat yoldaşını qətlə yetirən Ramiz Taxveli barəsində birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.

KONKRET.az xəbər verir ki, qətlə yetirilmiş Adelya Taxvelinin ailə üzvlərinin şikayəti təmin edilməyib. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarını qüvvədə saxlayıb. Həmin qərarda isə bildirilib ki, Ramiz Taxveli hadisəni törədərkən anlaqsız vəziyyətdə olub. Zərərçəkən tərəf isə Ramiz Taxvelinin hadisə vaxtı anlaqlı vəziyyətdə olmasını iddia edib və buna görə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Taxveli Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi, lakin psixi xəstəliyə tutulması qeyd edilib və cinayət işi üzrə icraata xitam verilib.

Hökmdə R.Taxveliyə sağalmış hesab edilənədək tibbi xarakterli məcburi tədbirlər- ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qeyd edilib. İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb. O, hadisədən əvvəl narkotik vasitənin təsiri altında Adelyanı döyüb, saçından tutaraq otaqları gəzdirib və səsə oyanmış uşaqlarının gözü qarşısında işgəncə verib. Adelyanın övladları ilə vidalaşmasını tələb etdikdən sonra o xüsusi rəhmsizlik nümayiş etdirərək həyat yoldaşını 5-ci mərtəbədəki evin eyvanından küçəyə atıb. Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.

Xatırladaq ki, mərhum Adelya Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. O, sığorta şirkətində çalışıb. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir. O, “Buta Palace”nin art-direktoru vəzifəsində çalışıb./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*